BİZNES

28 Avqust

Lego 2025-ci ilin ilk yarısında rekord gəlir və mənfəət açıqladı

2025-ci ilin yanvar–iyun aylarında dünyaca məşhur oyuncaq istehsalçısı Lego A/S rekord nəticələr əldə edib. Şirkətin gəlirləri 12% artaraq 34,6 milyard Danimarka kronuna (təxminən 5,4 milyard ABŞ dolları) yüksəlib.

Eyni dövrdə xalis mənfəət 10% artaraq 6,5 milyard krona, əməliyyat mənfəəti isə 9 milyard krona çatıb. Lego-nun baş direktoru Niels Christensen bu göstəriciləri “şirkət tarixində ən yaxşı ilk yarım il” kimi qiymətləndirib.

Uğurun əsas səbəblərindən biri də Lego-nun genişlənmə strategiyasıdır. Son 6 ayda 24 yeni mağaza açılıb, 314 yeni dəst satışa çıxarılıb. Apreldə Vyetnamda yeni zavod istifadəyə verilib. ABŞ-da isə 2027-ci ildə açılması nəzərdə tutulan zavod üçün 1,5 milyard dollardan çox sərmayə qoyulub.

Beləliklə, Lego satış və mənfəət göstəricilərində tarixi rekorda imza atmaqla qlobal oyun bazarındakı lider mövqeyini daha da möhkəmləndirib.